4 C
Bakı
11 Fevral 2026 21:25
Dünya

Bayden 85 il əvvəl vəfat etmiş insanı əfv etdi – FOTO

ABŞ Prezidenti Co Bayden Ağ Evi tərk etməzdən əvvəl mülki fəal Markus Qarvini ölümündən sonra əfv edib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Axios” məlumat verib.

 

Qeyd edək ki, Qarvi 85 il əvvəl vəfat edib, o, ABŞ-də qaradərililərin hüquqları uğrunda hərəkatı formalaşdıran ilk şəxslərdən olub.

 

Qarvinin əfv edilməsi, bəyanata görə, ABŞ-də onun qlobal təbliğatının və təsirinin təqdir edilməsi ilə bağlıdır. Baydenin qərarında həm də onun cinayətdə mühakimə olunmasının ədalətsiz olduğu vurğulanıb.

 

Qarvi 1923-cü ildə poçt fırıldaqçılığına görə beş il müddətinə azadlıqdan məhrum edilib. O, 1940-cı ildə vəfat edib.


Tacxeber.com

Oxşar xəbərlər

Gəncə şəhərinin dərdini tapıb müalicə eləmək lazımdır.

redaktor

Maşınının üzərinə Fələstin bayrağı örtən Hollivud aktyorudur? – Video

redaktor

Trampdan BRİCS-ə xəbərdarlıq.

admin