Hadisə

Hökumə Əliyevanın ailəsinə qarşı dələduzluq edən şəxslər tapıldı, pul qaytarıldı

“Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul vəsaitini oğurlayan şəxslər müəyyən edilib, ailəyə dəyən ziyan isə ödənilib”.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tədbirlər görülür.

 

“Faktla bağlı başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən ediliblər. 80507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi isə təmin edilib”, – deyə qurumdan bildirilib.

 

Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyədə gənə KABUSU – Ölənlərin sayı 11-ə çatdı

redaktor

Rövnəq Abdullayevin kürəkəninə məxsus bankın problemli kreditləri artıb.

admin

Bakı bulvarında intihar edən şəxs müəllim imiş – FOTO

redaktor