26 C
Bakı
11 Avqust 2025 03:29
Dünya

Trampdan sürdüyü zibil maşını ilə bağlı MARAQLI QƏRAR

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın zibil maşını onun inauqurasiya paradında iştirak edəcək.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “The Economic Times” məlumat yayıb.

 

2024-cü ilin oktyabrında Tramp bu maşını ABŞ-ın hazırkı prezidenti Co Baydenin tərəfdarlarını “zibil” adlandırmasından sonra sürüb.

 

Bundan əvvəl Trampın kampaniya hesabında onun inauqurasiya üçün rəsmi portreti dərc edilib.

 

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. Bu vəzifə üçün Demokratlar Partiyasının namizədi Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp mübarizə aparıb. Qələbə qazanmaq üçün siyasətçilərdən biri ən azı 270 seçici səsini toplamalı idi. Səsvermənin nəticələrinə görə, Tramp 312, Harris isə 226 səs toplayıb.

 

ABŞ-ın 47-ci prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20- də baş tutacaq.

Tacxeber.com

Oxşar xəbərlər

“Fransa ilə münasibətlər ən aşağı nöqtədədir” – Nazir

redaktor

İranın əsas qaz ixrac marşrutu Türkiyə olmalıdır.

admin

3 yaşlı uşaq içərisində 15 min manatlıq qızıl olan çantanı oğurladı – Video

redaktor