19 C
Bakı
24 İyun 2025 01:13
Dünya

Trampdan sürdüyü zibil maşını ilə bağlı MARAQLI QƏRAR

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın zibil maşını onun inauqurasiya paradında iştirak edəcək.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “The Economic Times” məlumat yayıb.

 

2024-cü ilin oktyabrında Tramp bu maşını ABŞ-ın hazırkı prezidenti Co Baydenin tərəfdarlarını “zibil” adlandırmasından sonra sürüb.

 

Bundan əvvəl Trampın kampaniya hesabında onun inauqurasiya üçün rəsmi portreti dərc edilib.

 

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. Bu vəzifə üçün Demokratlar Partiyasının namizədi Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp mübarizə aparıb. Qələbə qazanmaq üçün siyasətçilərdən biri ən azı 270 seçici səsini toplamalı idi. Səsvermənin nəticələrinə görə, Tramp 312, Harris isə 226 səs toplayıb.

 

ABŞ-ın 47-ci prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20- də baş tutacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Dünyanın ən böyük iqtisadiyyatlarının siyahısı.

admin

Ukrayna aviasiyası rusların hərbi obyektlərini bombaladı

redaktor

Ukraynaya verilən F16-lar rus qırıcılarından geri qalır – ABŞ generalı

admin