25 C
Bakı
11 Avqust 2025 08:31
Maraqlı

Nəsli kəsilmiş heyvanlar geri qayıdır?

 

ABŞ-da yerləşən biotexnologiya şirkəti “Colossal Biosciences” mamont, dodo və Tasmaniya pələngi kimi nəsli kəsilmiş növləri yenidən həyata qaytarmaq məqsədi ilə yeni bir investisiya alıb.

 

Tacxeber.com xəbər verir ki, “Colossal Biosciences” əlavə 200 milyon dollar investisiya aldığını və ümumi fondun 435 milyon dollara çatdığını açıqlayıb.

 

Şirkətin məqsədi yox olmuş növlərin DNT-si vasitəsilə ən yaxın qohumlarına genetik cəhətdən oxşar olan yeni orqanizmlər yaratmaq üçün istifadə etməkdir.

 

Bəzi alimlər iddia edirlər ki, bu layihələr biotexnologiyanın sərhədlərini aşır və nəsli kəsilmək təhlükəsi altında olan növlərin qorunmasına töhfə verə bilər.

 

Bununla belə, tənqidçilər bildirirlər ki, bu tədqiqatlar daha çox maliyyə investorlarının diqqətini cəlb etmək məqsədi daşıyır və ekosistemlərə gözlənilməz mənfi təsirlərə səbəb ola bilər. Klonlaşdırma bütün genetik kodun qorunub saxlanıla biləcəyi bir üsul olsa da, nəsli kəsilmiş heyvanlar üçün onun tətbiqi məhduddur.

Tacxeber.com

Oxşar xəbərlər

Yaponiyada selfi çəkənlərlə bağlı qərar qəbul edilib

redaktor

Sevdiyin qızı vermirlər?

admin

Aİ-nin 18-ci sanksiya paketi Rusiya iqtisadiyyatını hansı risklərlə üzləşdirir?

admin