11 C
Bakı
29 Mart 2026 09:50
GündəmŞou

Manaf Ağayevlə Bakı Sağlamlıq Mərkəzi arasında QALMAQAL: “Çimnaz mənə dedi ki…”

Müğənni Manaf Ağayev haqqında Bakı Sağlamlıq Mərkəzinin Xarici əlaqələr və marketinq şöbəsinin şöbə müdiri Günay Kazımova tərəfindən səslənən fikirlərə cavab verib.

 

Sənətçi Oxu.Az-a açıqlamasında yanlış anlaşıldığını deyib:

 

“Mən həkim adı çəkməmişəm, heç bilmirdim hansı xəstəxanada əməliyyat olub. Sadəcə, bir nəfər mənə zəng edib məclisə çağırmaq üçün Çimnaz xanımı axtarırdı. Təxminən 1 həftə öncədən söhbət gedir. Nömrəsini istəyəndə dedim, yox, özü ilə danışım, sonra verim. Onunla danışana qədər xəstəliyindən xəbərsiz idim. Zəng edəndə mənə dedi ki, xəstəxanada idi, amma indi çıxıb, şükür, yaxşıdır, xahiş etdi ki, heç kim bilməsin. Xəstəliyinin nə olduğunu soruşdum, atası da yanında idi, çünki bu gün mənə yaxınlaşdı, dedi ki, siz zəng edəndə onun yanında olub. Çimnaz həmin zəngdə mənə dedi ki, həkimlər onun başına oyun açdılar, 2 dəfə əməliyyat olduğunu bildirdi, amma şükür Allaha, düzəldiyini, yaxşıya doğru getdiyini dedi. Mən isə nə əməliyyatı olduğunu soruşmadım, bugünkü günə qədər bilmirdim.

 

Mənim heç bir xəstəxana və ya həkimlə qərəzim yoxdur. Sadəcə, nə danışmışamsa, onu da demişəm”.

Tacxeber.com

Oxşar xəbərlər

“Onlar nənələrin ərə getməsi, baboşlarla, mamoşlarla böyüməyib” – Kamran Həsənli

redaktor

“Silah ala bilmirik” – Erməni spiker

redaktor

“Düşmən bu addımı atmadan düşünməli olacaq” – Türkiyə ilə şok anlaşma.

admin