19 C
Bakı
26 Sentyabr 2025 21:46
GündəmHadisə

Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi – FOTO

Genetika və profilaktik tibb elmləri doktoru, “Gazelli Group”un təsisçisi və prezidenti Zərifə Həmzəyeva vəfat edib.

Tacxeber.comxəbər verir ki, bu barədə Premium Bankın Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.

“Dərin hüzn və böyük kədər hissi ilə bildiririk ki, genetika və tibbi profilaktika üzrə elmlər doktoru, hörmətli Zərifə Həmzəyeva aramızdan əbədi olaraq ayrılıb.

Ailəsinə, yaxınlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin” – paylaşımda deyilir.

Qeyd edək ki, Zərifə Həmzəyeva “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sabiq prezidenti Cahangir Əsgərovun həyat yoldaşı olub.


Tacxeber.com

Oxşar xəbərlər

“Səyrici aritmiyası olan xəstədən iltizamnamə almaq nə deməkdir?!” – Etiraz

redaktor

Polkovnik Elmar Məmmədov HƏBS EDİLDİ

redaktor

Şəmkirdə 7 nəfərin həyatını itirməsi ilə nəticələnin avtoqəzanın əsl səbəbkarı gizlədilir?

admin