11 C
Bakı
27 Mart 2026 19:56
Siyasət

Zaxarovadan tərs sual: Nə üçün Bakının rəyi soruşulmur?

Moskvanın Ermənistandakı Avropa İttifaqının missiyasına münasibəti mənfidir.

 

Tacxeber.com TASS-a istinadla xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.

 

O, Ermənistan-Azərbaycan sərhədində atışmaların davam etdiyini qeyd edib:

 

“Əminik ki, Cənubi Qafqaz qarşısında dayanan bütün məsələlər xaricdən müdaxilə olmadan region ölkələrinin kollektiv səyləri ilə həll oluna bilər. Belə bir sual vermək istəyirəm: Əgər Aİ missiyası sabitliyə nail olmaqda bu qədər qərarlıdırsa, nə üçün mandatının uzadılması qərarı, eləcə də o vaxt missiyanın yerləşdirilməsi qərarı Bakının razılığı olmadan verilir, nə üçün regionda vəziyyətin yaxşılaşdırılmasında xüsusi marağı olan regional oyunçunun rəyi nəzərə alınmır?”

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya da sülhməramlıların Qarabağda qalma müddətini uzatmaq istəyir – Peskov açıqladı

redaktor

Milli Məclisdə yatan deputat: “Fikirləşirdim”

redaktor

Putini ofsunlama xüsusi bacarığı…

redaktor