4 C
Bakı
27 Dekabr 2025 02:36
HadisəŞou

“Dedi ki, həkimlər başıma oyun açdılar” – Manaf Çimnazdan danışdı

Müğənni Manaf Ağayev ötən gün vəfat edən aktrisa Çimnaz Sultanovanın xəstəliyindən danışıb.

 

Tacxeber.com xəbər verir ki, mediaya açıqlama verən sənətçi aktrisanın xəstəliyindən xəbərdar olduğunu deyib. O bildirib ki, Çimnaz bir həftə əvvəl həkimlərdən şikayətlənib:

 

“3 aya yaxın idi ki, xəstəliyi ağırlaşmışdı. Bir adam zəng vurdu mənə, onu məclis üçün axtarırdılar. Ona zəng etdim, gördüm danışa bilmir. Dedi ki, xəstəyəm, amma heç kimə deməyin. Demişdi əməliyyat olunmuşam, yaxşılığa doğru gedirəm. Bir həftə əvvəl də danışmışdıq, dedi ki, yaxşıyam, xəstəxanadan çıxmışam. Tapşırdı ki, xəstəliyini gizli saxlayım. Dedi ki, həkimlər başıma oyun açdı. Çox soruşub, dərinə getmədim”.

 

Qeyd edək ki, 43 yaşlı Çimnazın dünən ad günündə vəfat edib. Aktrisa uzun müddətdir bağırsaq xərçəngindən əziyyət çəkirmiş. Onun həkim səhvindən dünyasını dəyişdiyi iddia olunub. (axşam.az)

Tacxeber.com

Oxşar xəbərlər

İlhamə Quliyevanın mirası necə bölünüb? – “5 bacı yığışıb 6 yerə böldük”

redaktor

“Təbrizin sehrli nağılları” kitabının müəllifi vəfat etdi

redaktor

Tikilən “göydələn” metropolislə bağlı DƏHŞƏTLİ İDDİA: minlərlə insan həlak olub. QALMAQAL

admin