16 C
Bakı
28 Sentyabr 2025 01:14
GündəmŞou

Tanınmış prodüser Çimnaz Sultanovadan yazdı: “Dayandırın bu nifrəti…”

Bu gün tanınmış aktrisa Çimnaz Sultanova dünyasını dəyişdi. Onun ölüm xəbəri sosial şəbəkədə əks-səda doğurdu.

 

Tacxeber.com xəbər verir ki, tanınmış prodüser Hüseyn Cavadzadə Çimnaz Sultanova haqqında bunları yazdı:

 

“Sosial media hesablarını ancaq təbliğat və ya həyatın müəyyən anların rəqəmsal əbədiləşdirəcək məkan kimi istifadə edirəm deyə düşündüm ki, bu mövzudan yan keçməyək. Bu gün aktrisa Çimnaz Sultanova gözlənilməz olaraq xərçəngdən vəfat etdi. Biz şəxsən tanış deyildik, amma sektorda kiməsə pisliyi dəydiyini və ya pis davranışını eşitməmişəm. Ama yenə internet seqmenti söyür, sevinir. Əziz həmvətənlərim, dayandırın bu nifrəti, beləcə siz heç vaxt hüzur və xoşbəxtliyə qovuşa bilməyəcəksiniz! Zatən də deyilsiniz ki, biruzə verir. Bir hədis yadıma düşdü:

 

“Bir gün bir qrup dindar yəhudi, zina edərkən ələ keçirilən bir qadını daşlayıb öldürmək tələbi ilə İsa peyğəmbərin yanına gətirir. Gələnlər hiyləgər məqsəd güdürdülər; əgər İsa bu qadını xilas etsə, deməli, ondan əvvəl Musanın qoyduğu qanunlara zidd hərəkət edəcəkdi. Beləliklə də, onlar İsanı daha əvvəl gəlmiş bir peyğəmbərin qanunlarına hörmətsizlikdə günahlandıra biləcəkdilər. Yox, əgər İsa qadını ölümə məhkum etsə, o zaman öz dininin mərhəmət qanunlarına zidd davranacaqdı. Nə olursa olsun, atacağı hər iki addım onun əleyhinə olacaqdı.

 

Onlar İsa peyğəmbərə dedilər: “Ey İsa, bu qadın zina edib. Peyğəmbərimiz Musa bu günahı işləyənlərin daşlanaraq öldürülməsini əmr etmişdi. Bu barədə sən nə deyirsən?”

 

Arxası qələbəliyə tərəf çömbələrək oturan İsa peyğəmbər isə onlara fikir vermir və başını aşağı salaraq, barmağı ilə qum üzərində yazı yazırdı. Arxadan gələn tələblərin ardı-arası kəsilməyəndə, başını qaldırmadan “Birinci daşı aranızda ən günahsız olan atsın!” – dedi və susdu.

 

O, bir müddət sonra ayağa qalxdı və üzünü geri döndərəndə qələbəliyin yox olduğunu gördü; bu sualın qarşısında heç kəs tab gətirməmiş, hamı çıxıb getmişdi”.

Tacxeber.com

Oxşar xəbərlər

Paraşütlə uçarkən dünyasını dəyişən şəxs tanınmış həkim imiş – VİDEO

redaktor

Trampın andiçmə mərasiminə dəvət olunan LİDERLƏR – SİYAHI

admin

Fədayə Laçının SƏSİ BATDI: Müğənninin suyuna nə qatdılar? – VİDEO

redaktor