Dünya

Los-Anceles yanğını Allahın lənətidir? – Zirəddin

Bu, təbii fəlakətdir, qəsdən olmayıb. Bu yanğın Allahın lənətidir. Tanrının təkcə amerikalılara deyil, bütün insanlara qəzəbidir.

 

Bu sözləri Kult.az-a kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhəri ətrafındakı meşə yanğınları haqda danışarkən deyib.

 

Ekstrasens hesab edir ki, yanğın qəsdən törədilməsə də, geniş bir ərazini əhatə etməsi bilərəkdən həyata keçirilib:

 

“Yerli hakimiyyət, aidiyyəti qurumlar istəsəydi, yanğının qarşısını ala bilərdi. Amma çox təəssüf ki, məqsədyönlü şəkildə yanğının daha da yayılmasını təmin ediblər. Siyasi baxımdan yerli hakimiyyətin marağında olub ki, alovun qarşısı alınmasın”.

 

Qeyd edək ki, ekspertlər ABŞ-ın Los-Anceles şəhərində baş verən yanğının ildırım vurması, iqlim dəyişikliyi, atəşfəşanlıq fişəngləri və elektrik naqilindən ola biləcəyinə dair ehtimallar səsləndirib. Hətta bəzi absurd olan: yad planetlilər, dronlar, kosmosdan lazer şüası ilə qəsdən yandırılmasına dair versiyalar da irəli sürülüb.

 

Yerli hakimiyyət orqanları isə yanğının səbəbi ilə bağlı araşdırmalar aparıldığını bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Dronlara qarşı balıq torları: İsveç və Danimarkadan Ukraynaya qeyri-adi hərbi yardım

redaktor

Rusiya indi də müharibəyə qadın məhkumları aparır?

redaktor

Rusiyanın Orenburq vilayətində 6300-dən çox ev su altında qalıb.

admin