Hadisə

Lənkəranda iki balıqçı itkin düşdü – FOTO

Lənkəranda balıqçılar itkin düşüb.

 

Tacxeber.com-ın APA-ya istinadən verdiyi xəbərə görə bu gün səhər saat 08:00-da balıq tutmaq məqsədilə Lənkəran rayonunun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov dənizə çıxıblar.

 

Saat 17:00-da geri qayıtmalı olduqları halda, bu saata qədər onlardan heç bir xəbər yoxdur. Hazırda sahil mühafizə hissəsinin əməkdaşları balıqçıların axtarışını həyata keçirir.

 

Hazırda Lənkəranda bəzi ərazilərdə duman müşahidə olunur. Balıqçıların qayığının dumanlı hava şəraitinə görə istiqamətini dəyişdiyi ehtimal olunur.

 

Qeyd edək ki, hər iki şəxsin uzun müddətdir ki, balıqçılıqla məşğul olduğu bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər

“Tarqovı”dakı atışmanın VİDEOSU

redaktor

Sənaye və Texnologiya Kollecində insident – İşçi direktorla mübahisə edib özünə xəsarətlər yetirdi

redaktor

Dəhşətli qəza: iki nəfər öldü, 40 min oğurlandı – Video

redaktor