22.5 C
Bakı
29 İyun 2026 06:31
Dünya

Husilər İsrail Müdafiə Nazirliyini ballistik raketlə vurub – Yəhya Seri

Husilər İsrail Müdafiə Nazirliyini “Fələstin 2” adlandırdıqları hipersəsli ballistik raketlə hədəf aldıqlarını açıqlayıblar.

 

Tacxeber.com xəbər verir ki, belə bir bəyanatla husilərin hərbi sözçüsü Yəhya Seri çıxış edib.

 

İsrailin hava hücumundan müdafiə sistemlərinin sıradan çıxdığını və səsdən sürətli raketin hədəfə müvəffəqiyyətlə çatdığını iddia edən Seri, bunun son 12 saatda İsrailə qarşı üçüncü hücumu olduğunu bildirib.

 

Digər tərəfdən İsrail ordusunun X hesabında edilən paylaşımda Yəməndən atılan raketin hava hücumundan müdafiə
sistemləri tərəfindən məhv edildiyi, insan itkisinin olmadığı qeyd edilib.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Ukrayna məsələsində vasitəçilik missiyasını başa çatdırdığını elan edib.

admin

Trampın bu vəziyyətdən çıxış yolu varmı?

redaktor

Ermənistanda Rusiya sərhədçilərinə hədə-qorxu gəliblər

redaktor