27 C
Bakı
25 İyun 2025 12:00
CəmiyyətGündəmHadisə

Abşeronda beton hasar uçdu, bir hindistanlı öldü və digəri yaralandı.

Hadisənin Abşeronda zavodda baş verdiyi bildirilir.

 

Azərbaycanda fəhlə işləyən Hindistan vətəndaşlarından biri ölüb, biri isə xəsarət alıb. Hadisə Abşeron rayonu, Pirəkəşkül qəsəbəsindəki zavodda baş verib.

Yanvarın 13-də səhər saat 08.00 radələrində qəsəbədə külək turbinləri quraşdırılarkən fəhlələrin üstünə beton hasar uçub. Nəticədə hindistanlı fəhlələr ciddi xəsarət alıb. Onlar Sumqayıtdakı xəstəxanaya çatdırılıb. 2003-cü il təvəllüdlü Harı Prakashinin həyatını xilas etmək mümkün olmayıb. Digər yaralı – 1982-ci il təvəllüdlü Thattaru Padikkalın müalicəsi isə xəstəxanada davam edir.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı araşdırma gedir:

“Harı Prakashinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi, həmyerlisi Thattaru Padikkalın isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır”. (Meydan)

 

Tacxeber.com

Oxşar xəbərlər

Masa altında yeyilən 12 üzüm hansı mənanı daşıyır?

redaktor

Ancelina Coli İsrailə sərt reaksiya verdi

admin

İranın daxili işlər naziri Xudafərindən Azərbaycanı təhdid etdi

redaktor