Dünya

İmpiçment elan olunan Koreya prezidentinin maaşı artırılıb

Dekabrın 14-də parlamentdə impiçment nəticəsində səlahiyyətləri dayandırılmış Koreya prezidenti Yun Sok Yolun maaşı planlı indeksasiyaya uyğun olaraq artırılıb.

 

Bu barədə “Agence France-Presse” məlumat yayıb.

 

Bildirilib ki, prezidentin illik maaşı 3 % artırılaraq 262,2 milyon vona (179 min dollar) çatdırılıb.

 

Qeyd edək ki, Koreya prezidenti Yun Sok Yol dekabrın 3-də hərbi vəziyyət elan edib, buna görə də dekabrın 14-də parlament ona qarşı impiçment elan edib. Konstitusiya Məhkəməsi prezidenti vəzifəsinə bərpa etmək və ya onu hakimiyyətdən tamamilə kənarlaşdırmaq üçün altı ay ərzində qərar verməlidir.

Tacxeber.com

Oxşar xəbərlər

Məhkəmə İmran Xanın həbsini qanunsuz elan etdi

redaktor

Şiddətli döyüşlər gedir, düşməni məhv edirik – Zelenski

redaktor

Putin baş separatçı Arayik Arutyunyanı qəbul edib?..-İrəvanda “Dvin” otelində…

admin