Cəmiyyət

Bakıda taksi sürücüsündən qeyri-adekvat davranış – Maşını gözüyumulu sürdü

Bakıda taksi sürücüsü sərnişinə qorxu dolu anlar yaşadıb.

 

Tacxeber.com Baku.ws-ə istinadla xəbər verir ki, sərnişinin sözlərinə görə, hadisə ötən il dekabrın 27-də baş verib.

 

Belə ki, taksi şirkətlərindən birinə aid “77-RY-169” dövlət nömrə nişanlı maşının sürücüsü nəqliyyat vasitəsini idarə edən zaman qəribə davranışlar sərgiləyib. O, maşını mürgüləyərək idarə edib və bir neçə dəfə yol hərəkəti qaydalarını pozub.

 

“Beş dəqiqəlik yolda beş-altı dəfə qayda pozdu. “Saxla” deməyimə baxmayaraq, maşını saxlamadı”, – deyə sərnişin bildirib.

 

Hadisə barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məlumat verilib. Açıqlama olacağı təqdirdə xəbər veriləcək.

 

Sözügedən kadrları təqdim edirik:

 

Oxşar xəbərlər

Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? – ÖZƏL

admin

3 dəfə evlənib, 3 uşağı var: Bütün qazancı alimentə gedir – Qanun nə deyir?

redaktor

Fərid İsmayılov təcridxanada ölümlə hədələndiyini deyir.

admin