12 C
Bakı
28 Mart 2026 10:07
Cəmiyyət

Bakıda taksi sürücüsündən qeyri-adekvat davranış – Maşını gözüyumulu sürdü

Bakıda taksi sürücüsü sərnişinə qorxu dolu anlar yaşadıb.

 

Tacxeber.com Baku.ws-ə istinadla xəbər verir ki, sərnişinin sözlərinə görə, hadisə ötən il dekabrın 27-də baş verib.

 

Belə ki, taksi şirkətlərindən birinə aid “77-RY-169” dövlət nömrə nişanlı maşının sürücüsü nəqliyyat vasitəsini idarə edən zaman qəribə davranışlar sərgiləyib. O, maşını mürgüləyərək idarə edib və bir neçə dəfə yol hərəkəti qaydalarını pozub.

 

“Beş dəqiqəlik yolda beş-altı dəfə qayda pozdu. “Saxla” deməyimə baxmayaraq, maşını saxlamadı”, – deyə sərnişin bildirib.

 

Hadisə barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məlumat verilib. Açıqlama olacağı təqdirdə xəbər veriləcək.

 

Sözügedən kadrları təqdim edirik:

 

Oxşar xəbərlər

Quba rayon İcra Hakimiyyəti tədbirə 181 min 580 manat xərcləyəcək- İSRAFÇILIQ DEYİLMİ?

redaktor

Onlar tələbə adı qazandılar – Bir FOTOnun maraqlı tarixçəsi

redaktor

Bakıda taksi sürücüsündən sərnişinə qarşı hörmətsizlik: “Anan özünü apara bilmir” – VİDEO

redaktor