2 C
Bakı
11 Fevral 2026 13:17
Dünya

Rusiya bir həftə ərzində Ukraynaya 700-ə yaxın hava bombası atıb – Zelenski

 

Rusiya son bir həftə ərzində Ukraynada yüzlərlə hava hücumu həyata keçirib. Ukrayna tərəfdaşlarını hava hücumundan müdafiə ilə bağlı qəbul edilmiş sazişləri yerinə yetirməyə çağırır.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Telegram səhifəsində məlumat verib.

 

Prezident bildirib ki, Rusiya bir həftə ərzində Ukraynaya 700-ə yaxın hava bombası atıb və 600-dən çox pilotsuz uçuş aparatı ilə hücum edib. Zelenski Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün razılaşmaların həyata keçirilməsinin vacibliyini qeyd edib.

 

“Ona görə də tərəfdaşların artıq aramızda mövcud olan razılaşmaları həyata keçirməsi vacibdir. NATO-nun Vaşinqtonda keçirilən sammitinin qərarı, eləcə də “Ramştayn” görüşlərində Ukrayna üçün hava hücumundan müdafiə ilə bağlı qəbul edilmiş qərarlar hələ də tam yerinə yetirilməyib”,- dövlət başçısı vurğulayıb.

 

Zelenskinin sözlərinə görə, Ukrayna ABŞ da daxil olmaqla tərəfdaşları ilə Ukraynaya hava hücumundan müdafiə sistemlərinin və onların raketlərin istehsalı üçün lisenziyaların verilməsinin mümkünlüyü barədə danışıb.

Tacxeber.com

Oxşar xəbərlər

1000 yaşlı “Mavi Quran”ın səhifəsində gizli mətn tapıldı

admin

Ukraynaya niyə silah verilmir? – Qərb nə istəyir?

admin

Ukraynanın ələ keçirdiyi bu şəhərdə rus qadınlar dükan və aptekləri qarət edir…-VİDEO

admin