Cəmiyyət

“Marketlər cibimizə girir” – Aparıcı

Aparıcılar Aytən Səfərova və Mehman Rəsulov marketlərdəki saxta endirimlərdən danışıb.

 

Tacxeber.com xəbər verir ki, M.Rəsulov “Xəbər ertəsi” verilişində alış-veriş zamanı başına gələn hadisəni danışıb. O bildrib ki, marketlərdə yalançı endirim yazıları ilə insanları aldadırlar:

 

“Məhsulun üstünə böyük hərflərlə “endirim” yazıblar. Malı götürdüm, yaxınlaşdım kassaya. Baxıram ki, endirimli qiymət deyil. Cavab verirlər ki, endirim sabahdan qüvvədə olacaq. Kağıza çox balaca formda yazıblar filan tarixdən. O zaman niyə indi qoyursan? Gecə, səhərəyaxın qoy bunu”.

 

A.Səfərova isə “İnsanlar bunu alır və kartla ödəyir. İnsanlar bunun fərqinə varmır. Bizim cibimizə girirlər. Oradakı işçilərin günahı deyil, marketin sahibi işçi deyil. Adamlar bu yalandan yorulub” sözlərini əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Gələn ildən orqan köçürülməsi də sığortaya daxil ediləcək

redaktor

Kafedə doğduğu körpəsini torbada öldürüb divardan asdı… – Ananın dəhşətli cinayəti

redaktor

Qadın kişi olmadan özü nəsil artıra bilər – Elmir Əkbər

redaktor