12 C
Bakı
28 Mart 2026 14:10
Dünya

İnsanların beyninə ÇİP yerləşdilir, 2025-ci ildə… – Maskdan AÇIQLAMA

ABŞ-da texnoloji irəliləyişlərə öncülük edən “Neuralink” şirkəti insan beyninə çip implantasiya prosesində yeni bir mərhələyə qədəm qoyub. Şirkət üçüncü şəxsə beyin çipi yerləşdirərək, bu sahədəki təcrübələrini genişləndirməyə davam edir.

 

Tacxeber.com xəbər verir ki, Las-Veqasda keçirilən texnologiya konfransında çıxış edən İlon Mask, artıq üç şəxsin beynində Neuralink çipinin mövcud olduğunu və onların uğurla fəaliyyət göstərdiyini vurğulayıb.

 

Maskın sözlərinə görə, bu texnologiya həm nevroloji problemlərin həlli, həm də insan-makina interfeyslərinin inkişafında mühüm rol oynayacaq.

 

2025-ci il üçün daha 20-30 şəxsin bu texnologiyadan yararlanacağını açıqlayan Mask beyin-çip inteqrasiyasının tibb və texnologiya sahəsindəki imkanları genişləndirəcəyini ifadə edib. Bu, həmçinin insanların çip vasitəsilə əqli funksiyalarını artırmasına da şərait yarada bilər.

Tacxeber.com

Oxşar xəbərlər

Mixail Saakaşvili daha yeriyə bilmir

redaktor

Liderlik mübarizəsi: Conson gizlicə Sunakla görüşdü

redaktor

Məşhur dietoloq deputatın yalanını üzə çıxardı: “Quzu əti…”

redaktor