26 C
Bakı
21 İyun 2025 16:50
Hadisə

Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ

Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyat olunan 30 yaşlı Nəzrin Mansurova komadan ayılmayıb və vəfat edib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Modern.az-a mərhumun ailəsi məlumat verib.

 

Ailənin sözlərinə görə, əməliyyatdan sonra Nəzrinin vəziyyəti sürətlə pisləşib və beyninə çirk yayılıb.

 

Xatırladaq ki, yanvarın 3-də cərrah Sənan Mehdiyev tərəfindən keçirilən əməliyyatdan bir gün sonra onun vəziyyəti ağırlaşıb. Koma vəziyyətində xəstəxanaya yerləşdirilən Nəzrin Mansurovanın həyatı xilas etmək mümkün olmayıb.

 

Hazırda Nəzrin Mansurovanın ölümünün səbəbləri ilə bağlı araşdırmalar davam edir.

 

Qeyd edək ki, bu, cərrah Sənan Mehdiyevin adı hallanan ilk hadisə deyil. 2015-ci ildə onun əməliyyat etdiyi 18 yaşlı Leyla Mürsəlova da həyatını itirmişdi. Həmin vaxt həkimə qısa müddətə azadlıqdan məhrumetmə cəzası verilsə də, daha sonra ev dustaqlığı ilə cəzası dəyişdirilmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

“Nərmin işi” üzrə məhkəmə başlayıb, vəsatətlər təmin edilməyib

redaktor

“Rus Evi“ ilə bağlı daha bir SENSASİON XƏBƏR – Möhürlənə bilər

redaktor

Tofiq Yaqublunun məhkəməsində çəkilişə qadağa: ‘İfşa olunacağınızdan qorxursunuz?’

admin