25 C
Bakı
11 Avqust 2025 00:58
Cəmiyyətİdman

“Qarabağ”a son sözüqü söylədi – Bir daha qayıtmayacam

“Qarabağ”a son sözüqü söylədi – Bir daha qayıtmayacam

“Qarabağ” Olavio Juninyonun “Flamenqo”ya keçidindən 5 milyon avro qazanacaq.

 

Tacxeber.com xəbər veriri ki, bu haqda “Globo” nəşri məlumat yayıb.

Tərəflərin razılığa gəldiyi, “Flamenqo”nun sözügedən məbləği “Qarabağ”a hissə-hissə ödəyəcəyi bildirilib.

Klublar artıq sənəd mübadiləsinə başlayıb. 28 yaşlı hücumçu müqavilə imzaladıqdan sonra “Flamenqo”ya mövsümöncəsi hazırlıq keçdiyi ABŞ-də qoşulacaq.

 

2023-cü ildən “köhlən atlar”ın formasını geyinən braziliyalı Azərbaycan çempionatının və kubokunun qalibidir. Onunla müqavilə 2026-cı ilin yayınadək nəzərdə tutulub.

Bizdə olan son məlumata görə, transferin bu gün, uzağı, sabah açıqlanması planlaşdırılıb. “Qarabağ” rəhbərliyi ilə görüşən forvard “Sevilya” variantından birmənalı surətdə imtina etdiyini gizlətməyib.

O, “Flamenqo”nun baş məşqçisi Felipe Luisin telefon zəngindən bəri vətəninə qayıtmaq istəyini qətiləşdirdiyini söyləyib.

Juninyo bir daha Avropaya düşməyi düşünmədiyini, karyerasının axırıncı illərini ərəb ölkələrindən birində, yaxud ABŞ-da keçirməyi nəzərdə tutduğunu qeyd edib. (Sportinfo.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda sərnişindaşıma 36 % artıb

redaktor

Bu toyuqları ALMAYIN! – Əhaliyə XƏBƏRDARLIQ + VİDEO

redaktor

Məleykə Abbaszadə istefaya göndərilir

redaktor