21 C
Bakı
23 İyun 2025 03:45
Siyasət

Sözlərini bir etsələr, Rusiya Ukraynadakı savaşı bitirəcək – Morozov

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp altı ay ərzində Ukraynada müharibəni dayandırmağa çalışacağını bildirib.

 

Tacxeber.com xəbər verir ki, rusiyalı politoloq Aleksandr Morozov ABŞ liderinin istəsə istifadə edə biləcəyi təsir üsullarından və Putinin mümkün reaksiyasından danışıb.

 

“Moskva ilə razılığa gəlmək üçün ilk cəhd çətin ki, uğurlu alınsın və Tramp administrasiyası bir neçə daha təsirli vasitə arasından seçim etməli olacaq”,-deyə Morozov qeyd edib.

 

Onun sözlərinə görə, bunların hamısı çox radikal tədbirlərdir, lakin belə addımlar vəziyyəti dəyişə bilər.

 

Ekspert əsas ssenariləri sadalayıb:

 

“İran modeli əsasında Rusiya neftinə qarşı sanksiyaların tətbiqi. Rusiya nefti ilə əlaqədar tankerlərin həbsi ilə bağlı müxtəlif tədbirlər və neftin qiymətinin tavanından yan keçməyə çalışanlara qarşı sanksiyalar. Bu addım Rusiya iqtisadiyyatı üçün böyük problemlər yaradacaq.

 

NATO-nun şərq cinahında radikal eskalasiya- Tramp şərq cinahına 400 və ya 500 ABŞ hərbi təyyarəsi yerləşdirə bilər. Onlar 90-cı illərin əvvəllərində orada olublar, lakin sonradan Rusiyadan uzaq aerodromlara köçürülüblər. Bununla ABŞ Kremlə Ukraynaya raket hücumları dayandırmaması halında, onların hər şeyin qarşısını almağa qadir qüvvələrə malik olduğunu göstərəcək.

 

Digər ssenari Tramp və daha 10 və ya 12 böyük ölkənin siyasi səviyyədə (tribunalı gözləmədən) Putinin hərbi və siyasi cinayətkar elan etməsi ilə bağlıdır. Bu addım hətta Braziliya, Hindistan, Çin, Filippin, İndoneziya və Afrika ölkələrinin Rusiya ilə qarşılıqlı əlaqəsini kökündən dəyişəcək”.(musavat.com)

Tacxeber.com

Oxşar xəbərlər

Serbiya Prezidenti: “Azərbaycan qaz hasilatı və ixracı ilə bağlı böyük imkanlara malikdir”

redaktor

“Türkiyəni qarşıda çox çətin sınaqlar gözləyir” – Şahin Cəfərli

admin

Ərindən boşansa da onun soyadını daşıyan güclü siyasətçi  – Angela Merkel haqqında bilmədiklərimiz

redaktor