16 C
Bakı
26 Sentyabr 2025 23:19
Dünya

Peskov: Putin AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar üzr istəyib

Rusiya Aktauda “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğramasının obyektiv və qərəzsiz araşdırılmasında maraqlıdır.

 

Tacxeber.com “Report”a istinadən xəbər verir ki, bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

“Qəzanın səbəblərini müəyyən etmək üçün tamamilə obyektiv və qərəzsiz araşdırmada maraqlıyıq”, – Peskov jurnalistlərə bildirib.

 

O, həmçinin rusiyalı mütəxəssislərin araşdırmaya kömək etdiyini, Rusiyanın müvafiq komissiyanın işinin nəticələrini gözlədiyini qeyd edib.

 

“Prezidentlər Putin və Əliyev iki dəfə telefonla danışıblar. İstintaq orqanlarına lazımi göstərişlər verilib, bu qəzanın səbəblərinin araşdırılmasında bütün lazımi yardım göstərilir və qarşılıqlı əməkdaşlıq həyata keçirirlir. Putin üzr istəyib və təəssüfləndiyini bildirib”, – deyə Peskov vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Ronaldonun bu hərəkəti ərəbləri dəli etdi – Paçasının arasını sildi və yerə tulladı

admin

Çeçenistan Rusiyanın sütunudur – Kadırov iddia etdi

redaktor

Dərman vasitələri üçün içlik vərəqələrinin dili ilə bağlı RƏSMİ AÇIQLAMA

redaktor