Dünya

Kadırovun xəstəliyi ilə bağlı şayiələrə CAVAB VERDİ – ÖKÜZ KİMİ…

Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlılarının komandanı Apti Alaudinov Ukrayna teleqram kanallarında Çeçenistan rəhbəri Ramzan Kadırovun xəstəliyi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.

 

Tacxeber.com xəbər verir ki, Alaudinovun NEWS.ru saytına müsahibəsində qeyd etdiyi kimi , o, 24 ildir ki, Ramzan Kadırovla yaxın olub və bütün bu müddət ərzində müxtəlif şayiələr eşidir. “Biz ya “həbs” olunuruq, ya da “vuruluruq”, artıq neçənci dəfə “ölmüşük”, başımıza nə gəlmir”, – o qeyd edib.

 

Alaudinov vurğuladı ki, Çeçenistan rəhbəri “öküz kimi sağlamdır, Ali Baş Komandanın onun qarşısına qoyduğu bütün tapşırıqları yerinə yetirir”.

 

Xatırladaq ki, bir gün əvvəl Ramzan Kadırov özünün Telegram kanalında Qroznının mərkəzi hissəsinə baxış keçirən və Aslanbek Şeripov küçəsinin genişmiqyaslı yenidənqurma layihəsinə başlamaq barədə göstəriş verdiyi video yayımladı.

Tacxeber.com

Oxşar xəbərlər

Kadırov Aydanla Zülfüqarı təltif edəcək

redaktor

Həyat yoldaşı tərk etdi! Kanalizasiya quyusunda 15 il yaşadı

redaktor

“Ukraynada münaqişəni dayandırmaq və danışıqlara qayıtmaq lazımdır” – Lukaşenko

redaktor