20 C
Bakı
23 İyun 2025 07:19
Cəmiyyət

Təyyarə qəzasında həlak olanların bank borcları silindi

Azərbaycan Mərkəzi Bankının tövsiyəsi və Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Mikromaliyyə Assosiyasiyasının (AMFA) təşəbbüsü ilə “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhərinin yaxınlığında 25 dekabr 2024-cü il tarixində qəzaya uğraması nəticəsində həlak olan ekipaj heyətinin və sərnişinlərin banklarda və bank olmayan kredit təşkilatlarında mövcud olan kredit öhdəlikləri tam həcmdə müvafiq təşkilatların öz vəsaiti hesabına silib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə ABA məlumat yayıb.

 

Bəyanatda deyilir: “Bütün dövrlərin sınaqlarında xalqımızın və ölkə rəhbərliyinin yanında olmuş Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları adından, ABA və AMFA olaraq, qəza nəticəsində həyatını itirmiş şəxslərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, yaralılara isə şəfa diləyirik”.

Tacxeber.com

Oxşar xəbərlər

Fala baxmaq adı ilə dələduzluq edən qadınlar tutuldu

redaktor

Bu dəfə Vəfa Cəlilovanın diplomu olmadığını yazdı.

admin

Şeypinq nədir?

redaktor