21 C
Bakı
12 Avqust 2025 08:18
Cəmiyyət

Qızılın içərisindən qum tökülür – İDDİA

Qızıl qolbağın içərisindən qum tökülüb.

 

Tacxeber.com Xəzər TV-yə istinadən məlumat verir ki, sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.

 

Məlum olub ki, bu kimi hallarla qarşılaşanlar az deyil. Hətta zərgərlər də bu kimi hallarla rastlaşdıqlarını deyirlər.

 

Onların sözlərinə görə, qızılın ağırlığı çox olsun deyə nəinki qum, hətta məhsula digər qatqılar da əlavə olunur.

 

Satıcılar isə alıcılara aldıqları məhsulları yoxlatmağı məsləhət görürlər. Ümumiyyətlə, vətəndaşlara birinci əl malları almaları tövsiyə olunur.

 

Xatırladaq ki, 2019-cu ilə kimi bu bazara Əyar Palatası nəzarət edirdi. Palata qızıl məmulatlarını yoxlayır, keyfiyyəti standartlara cavab verən məhsulların üzərinə öz möhürünü vururdu. Əgər məmulatın üzərində Əyar Palatasının “rombvari” damğası var idisə, deməli, qızıl keyfiyyətli idi. Təxminən altı ilə yaxındır ki, Əyar Palatası ləğv edilib və əvəzində heç bir qurum yaradılmayıb. Nəticədə qızıl bazarı nəzarətsiz qalıb.

Ətraflı süjetdə:

 

Oxşar xəbərlər

Abutalıbov Bakıya dəhşətli ziyan vurub – Nazirlik

redaktor

Qazaxıstan Azərbaycan və Rusiyanın təyyarə qəzasının araşdırılmasında iştirakına razı olmayıb.

admin

Ramiz Mehdiyevlə bağlı fotolar yayıldı: Əmlaklarını satışa çıxardı

redaktor