Dünya

Netanyahunun məşhur muzeydəki heykəlini çəkiclədilər – VİDEO

Maskalı fəallar Meksikanın patyaxtı Mexikoda yerləşən məşhur Mum Muzeyində İsrailin Baş naziri Benyamin Netanyahunun fiqurunu çəkiclə yıxıb.

 

Tacxeber.com“Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə xarici KİV-də görüntülər yayılıb.

 

Videoda etirazçının heykəlin üstünə qırmızı maddə səpdiyi, daha sonra onu çəkiclədiyi görünür.

 

Heykəli yerə yıxdıqdan sonra həmin şəxs Fələstinə dəstək şüarları səsləndirib.

 

Sosial şəbəkələrdə viral olan görüntülərdə insanlar heykəlin uçurulmasını dəstəkləyiblər.

 

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) “Qəzzada hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə görə” Netanyahu haqqında həbs qərarı çıxarıb.

 

 

Oxşar xəbərlər

Zaxarova Xankəndiyə gələn məşhur jurnalistə qəzəbləndi – Bakıya qəribə mesaj

redaktor

Qadının özü və azadlığı – istismar aləti kimi

redaktor

Üçüncü dünya müharibəsinin qorxunc modeli: ABŞ, Rusiya və Çin kosmosdan “yaşıl planetə” dağıdıcı zərbə endirəcək

admin