İdman

Dopinq qalmaqalından sonra rus model ukraynalı futbolçunu atıb getdi

Dopinq qalmaqalı başlayandan sonra Londonun “Çelsi” klubunun ukraynalı yarımmüdafiəçisi Mixail Mudrik sevgilisi, rusiyalı model Violetta Qraçeva (Bert) atıb gedib.

 

Tacxeber.com xəbər verir ki, rusiyalı xanım Turin “Yuventus”unun yarımmüdafiəçisi, amerikalı Veston Makkenniyə görə ukraynalı ilə münasibətləri kəsib. İddiaya görə, cütlük Kuşaveldə birlikdə istirahət edib, oradan hər ikisi sosial şəbəkələrdə fotolarını yayıb.

 

24 yaşlı Mixail Mudrikin özü qanında dopinq aşkarlandığı üçün hələ ki futbol oyunlarında iştirakdan uzaqlaşdırılıb.

 

Xəbər verildiyi kimi, dekabrda İngiltərədə çıxış edən ukraynalı futbolçu Mixail Mudriklə bağlı dopinq qalmaqalı yaranıb. Daha sonra onun oktyabrda geri götürdüyü dopinq testinin nəticələri ortaya çıxıb. Dopinq testi müsbət nəticə verib.

 

Mudrik özü israrla bildirib ki, onun qanına qadağan olunmuş maddələrin haradan düşdüyünü anlamayıb. Belə bir şeydən istifadə etmədiyinə and içib.(lent.az)

Tacxeber.com

Oxşar xəbərlər

“Litva – Azərbaycan matçını səbirsizliklə gözləyirəm” – Deyvidas Çesnauskis

admin

Lionel Messi Niderland millisinin futbolçusunu təhqir edib

redaktor

Naxçıvan stadionu ilə bağlı müsbət xəbər

admin