16 C
Bakı
27 Sentyabr 2025 03:24
Cəmiyyət

Kamil Zeynallı hərbi polis olub? – Açıqlama

Məşqçi Kamil Zeynallının hərbi polis kimi çalışmağa başladığı iddia olunub.

Buna səbəb Kamilin hərbi polis formasında yayılan görüntüləri olub. Kimisi bunun hansısa çəkiliş üçün olduğunu desə də, kimisi Kamilin hərbi polis olduğunu ehtimal edib.  K. Zeynallı özü olay-a açıqlama verərək  bunun layihə olduğunu deyib:

 

“Müdafiə Nazirliyi və Xəzər Medianın layihəsidir. Mən hərbi polis olmamışam. Lakin onların komandosu ilə təlimləri birgə icra edib Xəzər TV üçün veriliş hazırlamışıq. Heç bir dövlət qulluğunda işə düzəlməmişəm”.

 

Qeyd edək ki, sözügedən layihənin adı “Sıravi ulduz”dur. Xəzər TV-də yayımlanan ekran işində hər həftə bir məşhur sima qonaq olur.

Tacxeber.com

Oxşar xəbərlər

Fərid Qayıbov son 21 gündə iki vəzifəsini itirdi – Nə baş verir?

redaktor

Daha bir partiya sədri istefa verir

admin

Uşaq evində böyüyən şəhidin qardaşı: “Hərbçi yoldaşının qabağına keçərək şəhid olub”

admin