15 C
Bakı
27 Sentyabr 2025 15:36
Kriminal

İdmançıların hücumuna məruz qalan DSX mayoru: “Əllərində beşbarmaq var idi”

Yanvar ayının 5-də DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum edənlərin soyuq silahdan istifadə etdiyi bəlli olub.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Fuad Zeynalov özü məlumat verib.

 

“Mənə hücum edən şəxslərin hər birinin əlində beşbarmaq olub. Avtomobilimi də əziblər. Vurulan yerlər yumruq yeri deyil. Dəyən hər zərbənin yerində kəsik xəsarətləri var. Bu gün keçiriləcək iclasda qəbul ediləcək qərar mənə qətiyyən maraqlı deyil. Həmin şəxs daha öncədən işdən kənarlaşdırılmalı idi. Bu hadisələr baş verdikdən sonra yox. Artıq qəbul ediləcək qərar bəllidir ki, o, federasiyadakı bütün vəzifələrindən uzaqlaşdırılacaq. Bu cür harınlamış insanların federasiyada qalması doğru deyil. Baş verən hadisənin isə mənim işimə heç bir aidiyyəti yoxdur. Mən öz işimə qaldığım yerdən davam edirəm”, – deyə F.Zeynalov bildirib.

 

Qeyd edək ki, DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən, məşqçilər Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıblar. Daha sonra kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ramal Aslanov insidentin sifarişini verən şəxs kimi saxlanılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski Səfərov qardaşlarının qətli ilə bağlı Azərbaycan xalqına BAŞSAĞLIĞI VERDİ

redaktor

Nazir ana olan 13 yaşlı məktəblidən DANIŞDI

admin

İşlədiyi müddətdə 80 qadını qətlə yetirən rus polis nəfəri 20 il sonra həbs edildi.

admin