27 C
Bakı
25 İyun 2025 09:47
Şou

“Filmdə yalançı başdaşını ziyarət elə, tezliklə həqiqətə çevrilsin”

Yazıçı Varis Yolçuyevin bir neçə gün əvvəl vəfat edən aktyor Azər Baxşəliyevlə bağlı paylaşımı diqqət çəkib.

 

Tacxeber.com ölkə.az-a istinadla xəbər verir ki, yazıçı aktyorun rol aldığı ekran işində canlandırdığı Ağsaqqal obrazının Azər Baxşəliyev yazılan qəbirə baxdığı fotonu paylaşaraq bu sözləri yazıb:

 

“İnsanlar öz aqibətlərini bəzən özləri gətirmirlərmi? Haçansa deyilən bu müdrik kəlam bu fotoda necə də sübut olunur. Sən bir filmdə öz yalançı başdaşını ziyarət elə. Və tezliklə bu yalançı başdaşı həqiqi başdaşına çevrilsin”.

 

Sözügedən foto “Bozbash Pictures”in səhnəciklərindən birinə aiddir. Həmin səhnədə molla obrazında olan Ağsaqqal ölən şəxsin yaxınlarını qıcıqlandırır. Mərhumun qohumları Ağsaqqalın arxasıyca qaçır. Bu zaman obrazın yanından keçdiyi qəbirlərin üzərində ekran işində rol alan İlkin Həsəni, Ramil Babayev, İlkin Misgərli və digər aktyorların fotoları və adı görünür. Ağsaqqal digər qəbirlərin yanından qaçaraq keçsə də, Azər Baxşəliyev yazılan qəbrin yanından keçərkən geri qayıdır və başdaşına baxır.

Tacxeber.com

Oxşar xəbərlər

Niyaməddin Musayev: “Bilsəydim belə şeylər olar, Flora xanıma yaponlar kimi əlimi sinəmə qoyub salam verərdim”

redaktor

“Bir də belə seriallar çəkmə!“ – Xalq artistindən Kənan MM-ə sərt xəbərdarlıq

admin

Aqşin hər iki Zauru tənqid etdi: “Kişiyə yaraşan suallar deyil” – VİDEO

redaktor