Cəmiyyət

Bakıda pişiklə rəhmsiz rəftar edən şəxs polis şöbəsinə çağırılıb – YENİLƏNİB – VİDEO

Bakıda pişiklə rəhmsiz rəftar edən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

 

Tacxeber.com-ın “Report”a istinadən məlumatına görə, 1994-cü ilə təvəllüdlü şəxs polis şöbəsinə çağırılıb, barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

 

Qeyd edək ki, həmin şəxsin heyvanla rəhmsiz rəftar etməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

 

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə 500 manatdan 800 manatadək məbləğdə cərimə edilir.

***

Bakıda pişiyə işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.

 

Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb.

 

Belə ki, Şamil Əzizbəyov küçəsi, 88 ünvanında yaşayan şəxs pişiyi balkondan aşağı sallayaraq ona işgəncə verib.

 

Onun bu əməli hansı səbəbdən etdiyi məlum deyil.

Həmin görüntüləri təqdim edirik:

 

Oxşar xəbərlər

Meyxanaçı Vüqarın atası sənət yoldaşları haqda ŞOK DETALLARI AÇIQLADI

redaktor

AXCP Daşkəsən şöbəsinin Məclis sədri 30 sutka həbs edilib

admin

Gürcüstanda məşhur “döyüşçü” rəqsi ilə müşayiət olunan etiraz aksiyasına 200 minə yaxın gürcü qatıldı.

admin