20 C
Bakı
23 İyun 2025 06:01
Dünya

AZAL təyyarəsinin “qara qutu”ları açıldı

Braziliya HHQ-nin Aviasiya Hadisələrinin Təhqiqatı və Təqdim edilməsi Mərkəzi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin qara qutularının açılması başa çatdırıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Braziliyanın G1 portalına qurumdakı mənbələr məlumat verib.

 

“İki qara qutudan məlumatların çıxarılması, toplanması və yoxlanılması başa çatıb”, – onlar bildiriblər.

 

“O Globo” qəzetinin qeyd etdiyi kimi, qurum artıq müvafiq məlumatı Astanaya göndərib.

 

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

 

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.(Report)

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya Xarkovu “İskəndər”lə vurdu – 29 nəfər…

redaktor

Səudiyyə Ərəbistanı TƏŞVİŞDƏ – İran ölkəyə hücum edə bilər

admin

Avropa İttifaqı Rusiya ilə savaşa hazırlaşır: sakinlərə qida və su ehtiyatı yığmaq tövsiyə olundu…

admin