23 C
Bakı
22 İyun 2025 17:53
Sağlamlıq

Uzunömürlülüyün sirri ayaqlardadır – Professor açıqladı – Foto

Uzun yaşamağın sirri ayaq sağlamlığındadır.

 

Tacxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə London İmperial Kollecinin immunologiya professoru Con S. Treqoninq məlumat verib. Uzunömürlülük haqqında danışan elm adamı bildirib ki,rəqs etmək, ayaq dırnaqlarını kəsmək və çuğundur suyu içmək sağlam qalmaq və qocalmadan qorunmaq üçün ən vacib üsullardır.

 

Onun sözlərinə görə, ayaq dırnaqlarının müntəzəm kəsilməsi və onlara qulluq hərəkətlilik üçün çox vacibdir. Çünki ayaq dırnaqları səliqəsiz qalanda ayaq ağrılarına səbəb olur:

 

“Bu da yaşlılıqda yıxılma ilə nəticələnir.

 

Bundan əlavə, öpüşmə kimi təmas zamanı ifraz olunan oksitosin hormonu əzələlərin bərpasına kömək edir.

 

Formada qalmaq demensiyadan qoruyur. Buna görə də təzyiqi nəzarətdə saxlamaq üçün çoxlu rəqs etmək və çuğundur suyu içmək məsləhət görülür”.

Tacxeber.com

Oxşar xəbərlər

Türk professordan vitaminlərlə bağlı XƏBƏRDARLIQ

redaktor

Təzyiqi salan və baş ağrısından xilas edən SADƏ EV ÜSULU

redaktor

Dünyada ilk: Yeniyetmə beyin xərçəngindən tam sağaldı

admin