7 C
Bakı
26 Dekabr 2025 22:53
Siyasət

Prezident: “Rusiyanın dövlət qurumlarının hadisəni ört-basdır etməsi hiddət hissi doğurur”

“Mən bir daha demək istəyirəm ki, bizdə olan məlumat həqiqətə əsaslanır. Rusiyanın dövlət qurumları tərəfindən bu hadisəni ört-basdır etmək və cəfəng versiyalar üzərində dayanmaq bizdə həm təəccüb, həm təəssüf, həm də haqlı olaraq hiddət hissi doğurur”.

Tacxeber.comxəbər verir ki, bu sözləri Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşündə söyləyib.

 

“Günahsız insanlar həlak olublar. Yenə də deyirəm, məhz pilotların və ekipaj üzvlərinin qəhrəmanlığı nəticəsində 30-a yaxın insan bu qəzadan sağ çıxıb, onların bir neçəsi ağır yaralanmışdır.

Onu da bildirməliyəm ki, qəza nəticəsində ən çox həlak olan Azərbaycan vətəndaşlarıdır. Eyni zamanda, Rusiya və Qazaxıstan vətəndaşları da həlak olublar. Qırğızıstan vətəndaşları isə yaralanmışdır” , – deyə dövlət başçısı vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Vasif Talıbovun prorektor oğlu getdi, qaldı general…

redaktor

Ermənilər SSRİ-dən sonra BMT-ni də dağıdır: Dünyada hüquqi böhran qaçılmaz olacaq

redaktor

“Bizdə yalnız bir Putin var” – Peskov

admin