12 C
Bakı
28 Mart 2026 02:32
Dünya

Bu ölkədə körpələr narkotik aludəçisi kimi doğulur – Şok statistika

Şotlandiyada 2017-ci ildən bəri 1501 körpənin narkotik aludəçisi olaraq doğulduğu açıqlanıb.

 

Tacxeber.com xarici mediaya istinadla xəbər verir ki, bu vəziyyətə səbəb anaların hamiləlik dövründə qanuni və qeyri-qanuni dərman istifadəsi ilə əlaqələndirilir. Şotlandiya Liberal Demokrat Partiyasının məlumat azadlığı çərçivəsində əldə etdiyi statistikaya əsasən, bu körpələr Neonatal Abstinence Sindromu (NAS) ilə doğulurlar, hansı ki, onlarda titrəyişlər, hiperaktivlik, dəri səpgiləri və yüksək səslə ağlamalar kimi simptomlar müşahidə edilir.

 

Paytaxt Edinburqun da daxil olduğu Lothian bölgəsində 774 körpə, Qlazqo və Klayd bölgəsində 221 körpə, Aberdinin də daxil olduğu Qrampiyan bölgəsində isə 209 körpə narkotik aludəçisi olaraq doğulub.

 

Şotlandiya Liberal Demokrat Partiyasının lideri Aleks Koul-Hamilton körpənin narkotik asılılığı ilə həyata başlamasının son dərəcə mənfi bir vəziyyət olduğunu bildirib və narkomaniya xidmətlərinə daha çox dəstək verilməsinin vacibliyini vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyan Azərbaycana gələcək – AÇIQLAMA

redaktor

ABŞ hakimi Epstein işinin sirrini açmaqdan imtina edir

redaktor

“Bayraqdarlar” 26 milyonluq Rusiya texnikalarını məhv etdi

redaktor