Dünya

Rusiya buna görə qisas vəd etdi

Bir qrup hərbi müxbirin olduğu avtomobil Ukrayna neonasistlərinin Qorlovkada mülki obyektləri atəşə tutmasının nəticələrini lentə aldıqdan sonra Donetskə qayıdarkən partlayıcılarla yüklənmiş kamikadze pilotsuz uçan aparatının hücumuna məruz qalıb.

 

Bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova ötən gün rus jurnalistlərə PUA hücumu haqda danışarkən deyib.

 

“Faciə təmas xəttindən uzaqda baş verib. Şübhə yoxdur ki, media mənsubları qəsdən ölümcül hücuma məruz qalıblar. Bunu hücumdan sağ çıxanların ifadələri sübut edir. Rusiyalı jurnalistlərə qarşı cinayətə görə məsuliyyət daşıyanların hamısı müəyyən olunacaq və onlar layiqli və qaçılmaz cəzalarını alacaqlar”, – deyə o bildirib.

 

Qeyd edək ki, ötən gün Ukrayna PUA-sının hücumu nəticəsində “İzvestiya”nın ştatdankənar müxbiri Aleksandr Martemyanov ölüb, 4 jurnalist isə yaralanıb.

Tacxeber.com

Oxşar xəbərlər

Şimali Koreya və Çin 2024-cü ili “dostluq ili” elan etdilər

redaktor

Bu ölkəyə adekvat cavab veriləcək – Zaxarova

redaktor

Rusiya güclü şaxtalara hazırlaşır – Mənfi 53 dərəcə

redaktor