CəmiyyətGündəmHadisəQalmaqal

Məhkəmə İlham Əliyevin narkotiklə saxlanılan əmisi qızını həbsə göndərdi.

İzzətxanım Cavadova ittihamları qəbul etməyib.

 

Yunanıstanın Kaliviya şəhərində bir villada narkotik məclisi təşkil etdiyi iddia edilən 44 yaşlı DJ İzzətxanım Cavadova barəsində həbs qətimkan tədbiri seçilib.

 

O, məhkəmədə ittihamları qəbul etmədiyini bildirsə də, hakim Cavadova barəsində həbs qərarı çıxarıb.

Cavadovadan əlavə saxlanılan daha bir nəfər də məhkəməyə qədər həbs edilib.

 

Digər 3 nəfər barəsində isə başqa yerə getməmək haqqında qərar qəbul edilib və onlar pul ödəyərək zaminə buraxılıb.

Polisin verdiyi məlumata görə, şənliyin “təşkilatçı”sı – Cavadovanın “yataq otağında” içərisində 45 bağlama kokain, ekstazi, kristal met, digər narkotik vasitələr və içərisində 43 min avrodan (45 min dollar) çox pul olan seyf tapılıb.

 

Jurnalist araşdırmaları onu İspaniyanın Balear adalarında məşhur əyləncə məkanı olan İbizada müntəzəm olaraq təsvir edirdi.

Əvvəlki araşdırmalar bir çox yüksək vəzifəli azərbaycanlının “pulyuyan maşın”dan istifadə etdiyini göstərsə də, Cavadova Əliyevlər ailəsinin bunu həyata keçirən ilk üzvü olub.

 

İzzətxanım Cavadova Azərbaycan Prezidenti İlham Əliyevin əmisi Cəlal Əliyevin qızıdır.

Milli Cinayət Agentliyinə görə, Cavadovlar İngiltərədəki hesablarına vəsait toplamaq üçün əsasən ofşor yurisdiksiyalarda yerləşən 20 qeyri-şəffaf şirkət şəbəkəsindən istifadə ediblər. (Meydan.tv)

Tacxeber.com

Oxşar xəbərlər

Vahid Əhmədov: “Ermənistan rəhbərliyi kölgədə gizlənib, hamısını Rusiya sülhməramlılarının üstünə atıb, amma arxada bütün işlərini görür..”

redaktor

Vəzifəli şəxsin laqeydliyi səbəbindən əsgər həyatını itirib?

redaktor

Mədəniyyət Nazirliyi AZAL-dan təyyarə icarəyə götürdü – 174 min manata

redaktor