21 C
Bakı
22 İyun 2025 00:40
Dünya

Kadırovun bu hərəkəti Putini özündən çıxartdı – Yerinə başqasını axtarır…

Çeçenistan rəhbəri Ramzan Kadırov ilə Rusiya prezidenti Vladimir Putin arasındakı münasibət gərginləşməyə başlayıb. Çünki o, verdiyi vədi yerinə yetirə bilmir.

 

Tacxeber.com xəbər verir ki, bu barədə rus “Telegram” kanallarında məlumat yayılıb.

 

Belə ki, Kadırov Suriya höküməti ilə razılığa gələcəyini və bu ölkədə Rusiyanın hərbi mövcudluğunu saxlayacağına zəmanət verib. Ancaq həmin zamandan bu günə qədər heç bir dəyişiklik nəzərə çarpmır. Eyni zamanda danışıqlardan sonra Rusiya mənfi mövqe əldə edib. Buna baxmayaraq, Almaniya, Fransa, hətta Ukraynanın xarici işlər naziri də Dəməşqə səfər edib. Belə vəziyyət səbəbindən Suriya hakim dairələrində Rusiya üçün mürəkkəb, qeyri-rəsmi ünsiyyət hökm sürür. Rusiya Suriyanı tamamilə tərk etməli olduğunu artıq qəbullanıb.

 

Türkiyə prezidenti R.T.Ərdoğan da işə qarışıb. O, Suriyanın yeni hakimiyyət orqanlarına legitimlik təmin etmək üçün çalışır. Digər bir məlumata əsasən, Vladimir Putin “Heyyət Təhrir-Əş-Şam”la danışıqlar üçün başqa vasitəçilər axtarışına çıxıb. Lakin Putin hələlik Kadırovdan daha yaxşısını tapa bilməyib.

Tacxeber.com

Oxşar xəbərlər

“Ermənistan yüzlərlə terrorçunu Zəngəzura yığır” – Türkiyə nəşrindən ŞOK

redaktor

Erməni tarixçi: “Biz daxildən xəstəyik” – VİDEO

redaktor

Tacikistan DİN Rusiyanı faktla təkzib etdi – Foto

admin