Dünya

Braziliyada AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularının oxunmasına başlanılıb

Braziliyada Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğramış AZAL-ın təyyarəsinin kabinindəki səs yazıcısını oxunmasına başlanılıb.

 

Tacxeber.com “Report”a istinadən xəbər verir ki, bu barədə Braziliyanın “G1” portalı məlumat yayıb.

 

Məlumata görə, qara qutular Braziliyaya çərşənbə günü (Bakı vaxtı ilə cümə axşamı) gətirilib.

 

Nəşrin istintaqla tanış olan həmsöhbətlərinin sözlərinə görə, səsyazıcılarının oxunmasına yanvarın 2-də (Bakı vaxtı ilə yanvarın 3-də) başlanılıb. Qara qutulardan alınan məlumatlar Braziliya Hərbi Hava Qüvvələrinin (Força Aérea Brasileira – FAB) mütəxəssislərinin iştirakı ilə təhlil ediləcək.

 

“Oradan əldə olunacaq məlumatlar qəzanın təhlili və təhqiqatına cavabdeh olan Qazaxıstanın Aviasiya Qəzalarının Təhqiqat İdarəsinə veriləcək”, – FAB-dan bildirilib.

 

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

 

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri – İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökümə Cəlil qızı Əliyevaya ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Qəzadan sağ çıxan ekipaj üzvləri Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.

 

İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Zelenskini aradan götürə bilər – Bennett

redaktor

Ekstrasensdən dəhşətli proqnoz: Yeni müharibə burada olacaq

redaktor

Savaş Ukrayna sərhədini aşa bilər – “Hədəfəki beş ölkədən biri Gürcüstandır”

admin