19 C
Bakı
26 Sentyabr 2025 19:45
Hadisə

Biləcəriyə şüşələri skoçlu avtobusla gedirlər: AYNA-dan AÇIQLAMA

Biləcəri istiqamətində hərəkət edən 91 saylı müntəzəm marşrut xəttindəki avtobuslarından birinin görüntüləri müzakirələrə səbəb olub.

 

Tacxeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda içərisində sərnişinlərin olduğu avtobusun arxa şüşəsiz, skoçlanmış halda idarə olunduğu görünür.

 

Belə olan halda vətəndaşlar sərnişindaşımalarda keyfiyyətin artırılması məqsədilə gedişhaqqı qiymətlərinə edilən artımları da yenidən gündəmə gətiriblər.

 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, istifadəyə yararsız halda olan avtobus artıq xətdən kənarlaşdırılıb.

 

Oxşar xəbərlər

“Baku Steel Company” şəhid övladını işdən çıxartdı

admin

Şəhid Anar Kazımovun anası vəfat etdi

redaktor

Keniyada dəhşətli partlayış – Yüzlərlə insan yaralandı – ANBAAN VİDEO

redaktor