32 C
Bakı
12 Avqust 2025 17:07
Dünya

Suriyada Bəşər Əsədi tərifləyən materiallar dərsliklərdən çıxarılır

Suriyanın müvəqqəti hökuməti devrilmiş Əsəd rejimini tərifləyən məzmunu təhsil proqramından çıxarmağa çalışır.

 

Tacxeber.comxarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Suriya Xəbər AgentliyiC(SANA) məlumat yayıb.

 

Xəbərə görə, Suriyada yeni administrasiyanın təhsil naziri Nazir əl-Qədri məktəblərdə tətbiq olunan tədris planında edilən dəyişikliklərlə bağlı açıqlama verib. O, devrilmiş Əsəd rejimini tərifləyən məzmunun tədris proqramından çıxarılması üçün göstərişlər verdiklərini deyib:

 

“Bütün dərsliklərdə rejim bayrağı yerinə inqilab bayrağının şəkillərindən istifadə etdik”.

 

Nazir müvafiq dəyişikliklər başa çatana qədər dərsliklərin indki halda qalacağını bildirib.

 

“Elan edilmiş dəyişikliklər yalnız Əsəd rejiminin İslam Təhsili kurikulumunda istifadə etdiyi bəzi dezinformasiyaların düzəldilməsi ilə bağlıdır. Məsələn, bəzi Quran ayələrini yanlış təfsir etmək əvəzinə, təhsilin bütün pillələrindəki təfsir kitablarında olduğu kimi düzgün izahlarını əsas götürmüşük”, – deyə o əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Ermənilərə “olmaz” dedik, bunu etsəydik, Qarabağda… – Zatulin

admin

İsrail ordusu İran raketlərini ƏLƏ KEÇİRDİ

redaktor

Lukaşenko Rusiyanın işğalçılığını ifşa edəcək

redaktor