29 C
Bakı
14 Avqust 2025 18:21
Cəmiyyət

Deputat: “Kommunal qiymətlər bazardakı proseslər əsasında formalaşmır, hökumət tərəfindən qərar verilir”

“Kommunal xidmətlərin qiymətinin artırılması ilə bağlı davamlı olaraq aidiyyəti qurumlar Tarif Şurasına müraciətlər ünvanlayırlar. Əsaslandırmalarda bir sıra məqamlar göstərilə bilər. Bu, həmin qurumların zərərlə işləməsi, yaxud xidmət keyfiyyətinin səmərəli təşkil edilməsi, o cümlədən dünya bazarında baş verən köklü qiymət dəyişikliyi ilə birbaşa bağlı ola bilər. Sadalanan amillərdən hər hansı birinin əsaslandırılması kommunal xidmətlərin qiymətlərinin artırılmasına səbəb olar. Kommunal qiymətlər bazardakı proseslər əsasında formalaşmır, hökumət tərəfindən qərar verilir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

 

Deputat bildirib ki, dövlətin siyasətində vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılması prioritet olaraq qalır: “Dövlət büdcəsinin sosial yönümlü olması, əksər vəsaitin insan amilinə yönləndirilməsi deyilənlərə sübutdur. Bununla yanaşı, dövlətin siyasətində tənzimləmə, beynəlxalq aləmlə uzlaşma, qiymət siyasətində uyğunluq da vacib elementlərdəndir. Dövlət vətəndaşının daha yaxşı yaşamasında maraqlıdır”.

Tacxeber.com

Oxşar xəbərlər

TƏZAD: Azərbaycan İspaniyadan balqabaq gətirir, kəndlinin isə məhsulu əlində qalıb

redaktor

Nazirin həyat yoldaşı dövlət qurumuna icarəyə verdiyi ofisin qiymətini qaldırdı

admin

Deputat təhsil sistemini yıxdı-sürüdü: “Aqronomu müdir qoyublar”

admin