24 C
Bakı
22 İyun 2025 12:23
Dünya

AZAL-ın təyyarəsinin “qara qutu”su niyə Braziliyaya göndərilib? – Tokayevdən AÇIQLAMA

“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin uçuş registratorlarının şifrəsinin açılması üçün Braziliyaya verilməsi istintaqın qərəzsizliyi üçün yeganə düzgün həll yoludur”.

 

Tacxeber.com xəbər verir ki, o, bu barədə “Ana dili” qəzetinə müsahibəsində bildirib.

“Hökumət komissiyası təyyarənin istehsal olunduğu Braziliyaya uçuş registratorlarını deşifrə etmək qərarına gəlib. Mən əminəm ki, bu, təhqiqatın obyektivliyini və qərəzsizliyini təmin etmək üçün yeganə düzgün qərardır”, – Qazaxıstan lideri bildirib.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

 

Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.

 

İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə dünyanın ən böyük uçuş şəbəkəsinə malikdir

redaktor

ABŞ hərbi-dəniz kəşfiyyatı sualtı əməliyyatlar bölməsinin keçirtdyi “Ivy Bells” əməliyyatı.

admin

Məşhur rus deputat hərbi xidmətə çağırıldı

redaktor