11 C
Bakı
29 Mart 2026 11:37
Cəmiyyət

Şəhidin qardaşı dünyaya gəldi – Foto

Vətən müharibəsi şəhidi Yusif Ələsgərovun qardaşı dünyaya gəlib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

 

Belə ki, şəhidin anası Sevinc Abdullayeva oğul övladı dünyaya gətirib.

 

Qeyd edək ki, 1996-cı il təvəllüdlü Yusif Ələsgərov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi iştirak edib. Oktyabrın 24-də Qubadlı döyüşləri zamanı ağır yaralanıb. Müalicəsi tam bitmədən yenidən döyüş bölgəsinə qayıdıb.

 

Y.Ələsgərov noyabrın 7-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb.

 

O, ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Tacxeber.com

 

 

Oxşar xəbərlər

“Toyda ifa edirlər, özbaşnalıqdır…” – milli musiqi alətlərimizə müdaxilə edənlər kimlərdir? – FOTO+ÖZƏL

redaktor

SEÇİCİLƏR ADINDAN ÖZÜNƏ TƏŞƏKKÜRNAMƏ YAZAN DEPUTAT – Cavanşir Paşazadə “facebook”-da özünü necə ”reklam edir”?

redaktor

“Qarabağ da, Krasnodar da Ermənistandır” deyən çempion belə tutuldu – VİDEO

redaktor