17 C
Bakı
28 Sentyabr 2025 05:11
Dünya

Almaniyada xaş qadağası: 73 minlik cərimə…

Almaniyada xaş qadağası davam edir.

 

Tacxeber.comTürkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb şorbanın “scrapie” adlı xəstəliyə səbəb olma riskidir.

 

Belə ki, Almaniyaya xaş bişimək üçün özü ilə heyvan kəlləsi gətirən türklər gömrükdə cərimələnib. Bir qəssaba 6 heyvan kəlləsinə görə ümumilikdə 39 min frank (təx. 73 min AZN) cərimə yazılıb.

 

Qeyd edək ki, başda Almaniya olmaqla Avstriya, Belçika, Fransa, Yunanıstan, İrlandiya, İtaliya, Hollandiya, İspaniya, Danimarka, Lüksemburq, Finlandiya, Portuqaliya, İsveç və İsveçrədə də xaş qadağandır. Almaniyada qadağa 1993-cü ildən qüvvədədir.

 

Avropada qadağaya səbəb olan “scrapie” qoyun və keçilərin sinir sisteminə təsir edən degenerativ xəstəlikdir. Sinir sisteminin yoluxucu xəstəliyi olan “scrapie” 1732-ci ildən bəri elmə məlum olsa da, onun insanlara yoluxub-yoluxmayacağı hələ aydın deyil.

Tacxeber.com

Oxşar xəbərlər

Osmanlı sultanlarının ulu anası Nilufer xatunun Bursada Orhan Qazi türbəsindəki məzarı.

admin

Amerikalı general: “Vurulmuş naməlum obyektlərin yadplanetli mənşəyi istisna edilmir”

redaktor

Zelenski Makronla görüşmək üçün Fransaya GEDİB

redaktor