25.3 C
Bakı
13 İyun 2026 12:10
DünyaGündəm

Ukrayna prezidenti azərbaycanlını Kiyevin hərbi administrasiyasının rəhbəri təyin edib

Ukrayna Prezidenti Volodimir Zelenskinin müvafiq sərəncamı ilə azərbaycanlı Teymur Firudin oğlu Tkaçenko (Məmmədov) Kiyev şəhəri hərbi administrasiyasının rəisi təyin edilib.

 

Tacxeber.com “Report”-a istinadən xəbər verir ki, Teymur Tkaçenko bu vəzifəyə qədər Ukrayna strateji sənayelər nazirinin müavini və Ukrayna ərazi və regional inkişaf nazirinin müavini olub.

 

O, Kiyev şəhərində anadan olub, burada da boya-başa çatıb.

 

Qeyd edək ki, Teymur Tkaçenko Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi, əslən Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-də yəhudi icmasının lideri ÖLDÜRÜLDÜ.

admin

Türkiyəyə 30 milyon dollar bağışlayan o imiş

redaktor

Cümşüd Nuriyev: “Rusiyanı aldatdılar, çıxış yolu yoxdur” – Şərh

admin