Barmaq uclarının iştirak etdiyi bütün fəaliyyət növləri beyin üçün faydalıdır…

Hörgü işi yaşlı insanlarda beyin funksiyasını yaxşılaşdırır.
Tacxeber.comxəbər verir ki, bunu terapevt Nadejda Çernışova “Moskva 24” ilə bölüşüb. Onun sözlərinə görə, bu proses həm də qaranlıq düşüncələrdən yayınmağa kömək edir.
Həkim qeyd edib ki, toxuculuq məharəti yeni, “yatmış” sinir hüceyrələrini aktivləşdirir ki, bu da pensiyaçıların psixi sağlamlığı üçün çox faydalıdır. Bundan əlavə, bu proses insanların yaradıcılıq qabiliyyətlərini üzə çıxarır.
