11 C
Bakı
27 Mart 2026 18:48
CəmiyyətGündəm

Qara qutunun iki saatlıq yaddaşı var imiş

AZAL-ın təyyarəsində iki saatlıq yaddaşı olan qara qutu quraşdırılmışdı.

 

Tacxeber.comxəbər verir ki, bu barədə “Kazinform”a Qazaxistanın nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib.

 

O deyib ki, adətən təyyarənin quyruq hissəsində iki qara qutu quraşdırılır və hər ikisi tapılıb.

 

“Hazırda onlar şifrələrin açılması üçün daşınır. Bu təyyarədə ekipajın işini və təyyarənin texniki parametrlərini iki saat ərzində qeydə alan qara qutular quraşdırılmışdı”, – deyən nazir müavini hadisənin tam mənzərəsinin araşdırma zamanı aydın olacağını qeyd edib.

 

Onun sözlərinə görə, bütün “qara qutular” iki növə bölünür. “Birincisi, səs yazan və ya CVR (Cockpit Voice Recorder). O, baş verən hər şeyi, bütün səs mesajlarını və ekipaj üzvləri arasındakı audio danışıqları qeydə alır. Uçuşun başlanğıcından etibarən qara qutu avtomatik olaraq bütün bu məlumatları qeydə alır: ekipaj necə, nə vaxt və nə danışır, necə reaksiya verir və sair. İkinci qara qutu texniki və ya FDR (Flight Data Recorder) adlanır. O, təyyarənin texniki parametrlərini qeydə alır: mühərrikin dövriyyəsi, yağ təzyiqi, hidravlik təzyiq, sükanın vəziyyət bucağı və aeronaviqasiya məlumatları”, – deyə müavini Talqat Lastayev bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda bank dəfn pulunu kredit borcuna tutdu – VİDEO

redaktor

Ermənilər Azərbaycanı belə təbrik etdi – ŞOK VİDEO

redaktor

Şəffaflıq, etika və etimad: Liv Bona Dea Hospital önündə yaşanan suallar

redaktor